Məssi-meyit halı namaza maneə yaradırmı?
“Məssi-meyit” bir fiqhi termin olaraq insan meyyitinə toxunmaq mənasındadır.
İslaminSesi.info- “Məssi-meyit” bir fiqhi termin olaraq insan meyyitinə toxunmaq mənasındadır. Ölmuş insana toxunduqda insana məssi-meyyit qüslu vacib olur. Fərqi yoxdur bu toxunma ixtiyari yaxud qeyri ixtiyari, yuxuda və ya oyaq halında olsun. Toxunana qüsul vacib olur. Bu o halda olur ki, meyit tam soyumuş olun.
Meyitin bir qismi isti, bir qismi soyuq olduqda, yaxud soyuyub soyumamasında şəkk edilsə ona toxunana vacib olmur.
Meyitdən ayrılmış parçaya toxunduqda qüsul vacib olur, lakin diridən ayrılmış hissəyə toxunduqda vacib olmur.
Bu üç halda meyitə toxunduqda məssi-meyit qüslu vacib olmur:
Tam soyumamış meyitə
Şəhidin bədəninə
Üç meyit qüslu tam verilmiş cəsədə
Vəzifəsi məssi-meyit qüslu almaq olan kəs məscidə gedə bilər, vacibi səcdəsi olan Quran ayələri oxuya bilər, cima edə bilər. Lakin namaz qılmaq üçün qüsl etməlidir. Meyyitə toxunub məssi-meyyit qüslu almayan kəsin namazı səhih deyil. Məssi-meyit qüslu cənabət qüslu kimi alınır. Lakin namaz üçün dəstəmaz da alınmalıdır (İmam Xomeyni).
Bir meyitə bir neçə dəfə toxunan, yaxud bir neçə meyitə toxunana bir qüsl kifayət edir. /Y.Nuriyev