“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?


Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir.
İslminSesi.info- Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür.


Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.

Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir.

Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir.

Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi?

Cavab:

Ayətullah İmam Xomeyni:
Müstəhəbdir ki, birinci təkbir və namaz əsnasında olan təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.

Ayətullah Xameneyi:
Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir.

Ayətullah Lənkəranı:
Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil.

Ayətullah Sistani:
Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz.

Ayətullah Həmədani:
Müstəhəbdir birinci təkbir və digər təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.

Ayətullah Behcət:
Müstəhəbdir. Gərək təkbir deyilən zaman əllər qulaqlardan və başdan yuxarı qaldırılmasın./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter