Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?
Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. -Amma namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil olur. Bu əməllərə “rükn” deyirlər. Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir./ixlas