İlahİ övlİyalarIn qeybİ qüdrətİnə e`tİqad bəsləməK şİrKə səbəb olurmu?


Cavab: Aydındır ki, hərgah bir insan başqasından kömək istəsə, o da həmin işi yerinə yetirməyə qadir olsa onda bu qüdrət iki cür təsəvvür olur:

1-Bə`zən bu qüdrət maddi və təbii qüvvələr çərçivəsində olur. Məsələn, bir şəxs başqasından ona bir qab su verməsini istəyir.

2-Bə`zən bu qüdrət qeybi qüdrət olur, maddi və təbii qüvvələrin fövqündə və onlardan xaricdə olur. Məsələn, bir kəs İsa ibni Məryəm (ə) kimi Allahın layiqli bəndələrinin əlacsız xəstəlikləri müalicə edə bilməsinə, özünün müqəddəs nəfəsi ilə onlara şəfa verə bilməsinə inansın.

Aydındır ki, belə bir qeybi qüdrətə inanmaq Allahın qüdrət və iradəsinə arxalınıb istinad etməklə olsa, heç vaxt şirkə səbəb olmaz. Çünki maddi və təbii qüdrəti insana əta edən Allah, qeybi qüdrətləri də Özünün bə`zi saleh bəndələrinə əta edə bilər.

İndi yuxarıdakı sualın cavabında deyirik ki, ilahi övliyaların qeybi qüdrətlərinə e`tiqad bəsləmək iki cür təsəvvür olunur:

1-Bir şəxs üçün, “müstəqil tə`sirin mənşəyi” ünvanı ilə qeybi qüdrətin olmasına inanmaq və o qüdrəti əsl cilvələndirək, belə ki, Allahın işini Allahdan asılı olmayan şəkildə ona isnad verək. Şübhəsiz, Allahın qüdrətinə bağlı olmayan belə bir müstəqil qüdrətə e`tiqad bəsləmək şirkə səbəb olur. Çünki bu halda Allahdan başqasının müstəqil qüdrətə və əsalətə malik olduğuna inanır, Allahın işini ona mənsub edirik, halbuki bütün qüvvələrin mənşəyi aləmlərin rəbbi olan Allahdır.

2-Allahın layiqli bəndələrindən bə`zisinin qeybi qüdrətə malik olmasına inanmaq və eyni zamanda onun, Allahın sonsuz qüdrətindən qaynaqlandığını bilmək. İlahi övliyalar Allahın izni ilə bu sonsuz qüdrətin büruz etmə və cilvələnmə vasitəsidir, onlar özləri heç bir vəch ilə müstəqil deyilləræ əksinə həm öz varlıqlarında, həm də qeybi qüdrətdən istifadə etməklərində böyük Allaha arxalanırlar. Aydındır ki, belə bir e`tiqad ilahi övliyaları Allah hesab etmək, yaxud ilahi işləri onlara aid etmək mə`nasına deyildir, çünki bu halda Allahın saleh bəndəsi Allahın izni və Onun qaçılmaz iradəsi ilə özünün Allah verən qeybi qüdrətindən istifadə edərək onu izhar edir. Qur`ani-Kərim bu barədə buyurur:

وَ مَا كَانَ لِرَسُولٍ اَنْ يَاْتِيَ بِآيَةٍ اِلاَّ بِاِذْنِ اللّهِ

“Heç bir peyğəmbər (öz yanından) mö`cüzə gətirə bilməzæ yalnız Allahın izni ilə gətirə bilər.”[1]

Deməli belə bir e`tiqad nəinki şirkə səbəb olmur, əksinə tovhid və yeganəpərəstlik prinsipi ilə tamamilə uyğundur.

Qur`an nəzərindən Allah övliyalarının qeybi qüdrəti

İslamın asimani kitabı tam aşkar şəkildə Allahın izni ilə belə bir mö`cüzəli qüdrətə layiq olan layiqli bəndələrdən bir qrupunun adını çəkir. Onlardan bə`zilərini qeyd edirik:

1-Həzrəti Musa (ə)-ın qeybi qüdrəti

Mütəal-Allah Öz peyğəmbəri Musaya fərman verir ki, əsanı daş parçasına vursunæ bu zaman ondan içməli, sərin su axmağa başlayır:

وَ اِذِ اسْتَسْقَي مُوسَي لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا

“Musa öz qövmü üçün Allahdan su istədikdə ona dedik: “Öz əsanı daşa vur!” (Bu zaman) ondan 12 çeşmə yarılıb axmağa başladı.”[2]

2-Həzrəti İsanın qeybi qüdrəti

İsa (ə)-ın qeybi qüdrəti Qur`anın müxtəlif yerlərində bəyan olmuşdur. Onlardan bir nümunəni qeyd edirik:

اَنِّي اَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَاَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِاِذْنِ اللّهِ وَ اُبْرِيءُ الاَكْمَهَ وَ الاَبْرَصَ وَاُحْيِي الْمَوْتَي بِاِذْنِ اللّهِ

“İsa dedi: Mən palçıqdan bir heykəl düzəldib ona üfürürəm, Allahın izni ilə həqiqi bir quş surətinə düşüræ anadangəlmə koru, xora xəstəliyinə tutulanı Allahın izni ilə sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...”[3]

3-Həzrəti Süleymanın qeybi qüdrəti

Qur`an Süleyman peyğəmbərə əta olunan qeybi qüdrətləri belə bəyan edir:

وَ وَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَ اُوتِيْنَا مِن كُلِّ شَيْءٍ اِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ

“Süleyman Davudun varisi oldu və dedi: Ey insanlar, bizə quşların dili öyrədilib, hər növ ne`mətlər bizə əta olunub. Həqiqətən bu, aşkar fəzl və mərhəmətdir.”[4]

Şübhəsiz, Musanın əsasının daşa dəyməsi ilə böyük bir daş parçasından içməli su axması, yaxud İsa tərəfindən palçıqdan həqiqi quş yaradılması, əlacsız xəstəliklərə şəfa verilməsi, ölülərin dirildilməsi, həmçinin Süleyman peyğəmbərin quşların dilini bilməsi xariqul-adə bir iş olub, təbii qanunlardan kənardadır ki, bu da qeybi qüdrətin aşkar bir nümunəsidir. Halbuki Qur`anın bu və digər çoxlu ayələri Allahın layiqli bəndələrinin qeybi qüdrətini bəyan edir. Qur`anın bu aşkar məzmununa – ilahi övliyaların xariqul-adə qüdrətə malik olmasını göstərən bu ayələrə inanmağımız şirkə, yaxud dində bid`ətə səbəb olarmı?!

Saleh bəndələrin qeybi qüdrətinə inanmaq onları Allah hesab etmək, yaxud Allahın işlərini onlara aid etmək mə`nasına deyildir. Çünki belə bir e`tiqad onların ilahiləşdirilməsinə səbəb olsaydı, onda Qur`an nəzərindən Musa, İsa, Süleyman və sair peyğəmbərlər mə`bud hesab olunmalı idi, halbuki bütün müsəlmanların bildiyi kimi, Qur`ani-Kərim Allah övliyalarını Allahın bəyənilmiş bəndələri hesab edir.

Deməli, Allah dərgahında əziz olan insanların qeybi qüdrətinə iman gətirmək əgər Allahın sonsuz və yenilməz qüdrətinə arxalanmaqla yanaşı olarsa, həmçinin onların Allahın qüdrətinin göstərilməsi üçün bir nümunə və vasitə olduğuna e`tiqadla yanaşı olarsa nəinki şirk deyil, əksinə həqiqi tovhidlə tamamilə uyğundur. Çünki tovhidin me`yarı budur ki, dünyada olan bütün qüdrət və qüvvələri Allaha mənsub edək, bütün qüdrət və hərəkətlərin mənşəyinin Allah olduğunu bilək.


--------------------------------------------------------------------------------

[1] “Rə`d” surəsi, ayə:38

[2] “Bəqərə” surəsi, ayə:60

[3] “Ali İmran” surəsi, ayə:49

[4] “Nəml” surəsi, ayə:16


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter