Namazda kişi ilə qadın arasındakı məsafə nə qədər olmalıdır?
Hər bir əməlin həm zahiri, həm də batini cəhəti vardır. İkisidə bir birinə möhkəm bağlıdır. Hər ikisi diqqətdə saxlanılmalıdır.
İslaminSesi.info - Namaz islamın vacib buyurduğu əməllərdəndir. Hər bir əməlin həm zahiri, həm də batini cəhəti vardır. Onlar ikisidə bir birinə möhkəm bağlıdır. Hər ikisinə də diqqət olunmalıdır. Namaz da bu qəbil işlərdəndir. Namazın həm zahirinin, həm də mənəvi halının qorunması vacibdir.
Namazı zahiri formalarından biri də qadın, kişi arasında olan uzaqlıq məsələsidir. Digər vacibi rükünlər (hissələr) kimi bu məsələyə də diqqət olunmalıdır.
Bu barədə fəqihlərin iki nəzər vardır- bəziləri namaz halında kişi ilə qadın arasındakı məsafəni vacıb, bəziləri isə müstəhəb biliblər.
İmam Xomeyni:
Müstəhəbdir ki, qadın kişidən bir az arxada dursun. Qadının səcdə yeri kişinin ayaq yerindən bir az arxada olsun. Əgər qadın kişi ilə yanaşı, yaxud öndə durarsa və ikisi birdən başlayarsa yaxşı olar ki, ikisi də yenidən qılsın.
Ayətullah Safi Gülpəyqani:
Qadının kişidən öndə və ya onunla yanaşı durması məkruhdur (bəyənilmir). Müstəhəbdir ki, qadın kişidən bir az arxada dursun. Qadının səcdə yeri kişinin ayaq yerindən bir az arxada olsun. Qadın kişi ilə yanaşı və ya öndə dursa namazları səhihdir.
Ayətullah Zəncani:
Əgər qadın kişi ilə yanaşı, yaxud öndə dursa və ikisi də eyni vaxtda başlasalar ehtiyat müstəhəbdir ki, yenidən qılsınlar.
Ayətullah Xameneyi:
Qadının kişidən bir qarış öndə və ya yanında durmasını iradı yoxdur.
Ayətullah Lənkərani və Məkarim Şirazı:
Qadının kişi ilə yanaşı və öndə olması namazı batil edir. Birinci başlayanın namazı səhih, ikinci gəlib başlayanın namazı batildir.
Ayətullah Sistani:
Bu halda ehtiyat vacibdir ki, namazlarını təzələsinlər. Birinci başlayanın namazı səhih, ikinci gəlib başlayan ehtiyat vacibə görə namazını yeniləsin.
Nəticə: Bu məsələdə ər-arvad, məhrəm-naməhrəm arasında fərq yoxdur. Qadının öndə və ya kişi ilə yanaşı durmasının icazəli və ya qadağan olması barəsində iki əsas nəzər vardır.
Y.Nuriyev