Məhərrəm ayında təzə evə köçmək olarmı?
İslam hökmləri insanların həyatına çətinlik yox, asanlıq gətirmək məqsədi ilə Allah tərəfindən göndərilib. Təzə evə köçmək heş vaxt qadağan deyil, şəriətimizdə bunu qadağan edən heç bir məhdudiyyət yoxdur. Məhərrəm ayında da təzə evə köçmək olar. Lakin müsəlmanların hüzn və kədər günləri olan məhərrəmlik mövzümündə təzə evə köçən adam bir qaydaya riayət etməlidir.
Dinimizdə bəzi məxsusi hallarda ziyafət vermək, dost-tanışları bir araya toplamaq bəyənilir. Belə hallardan biri də təzə ev tikməklə bağlıdır. Təzə ev tikib köçən adam yaxşı olar ki, israfa yol vermədən ziyafət təşkil etsin. Amma ziyafət şadlıq məclisi sayılır. Məhərrəmlik mövsümündə isə şadlıq məclisi keçirmək olmaz. Ona görə də məhərrəmlikdə təzə evə köçən adam qonaqlıq verməməli, bunu məhərrəmlikdən sonraya təxirə salmalıdır./az.islam.