İslam dininin qalstuk kimi əcnəbi geyimlərə münasibəti necədir?


Müasir dövürdə, dünya əhli ilə əlaqələr və münasibətlər genişləndikcə xalqların milli və dini mədəniyyətləri də bir-birinə yol tapır
İslaminSesi.info - Bəzən elə olur ki,bir xalqın mədəniyyəti qısa bir zamanda başqa xalqın mədəniyyətinə üstünlük edib, öz ölkəsində belə onun mədəniyyətini sıxışdırıb aradan çıxarır. İnsanların həyat tərzini, geyimini, hətta mətbəxini belə dəyişdirir. Bizim milli və dini mədəniyyətimiz də bu qəbil mədəniyyətlərdəndir ki, 100 il ərzində Rus və Avropa mədəniyyəti tərəfindən sıxışdırılaraq Şərq və mİslam mədəniyyətindən uzaqlaşdırılır.

Qalstuk, kəpənək və bu kimi şeylər də nə ürfümüzdəndir (mentalitet), nə də dinimizdən. Amma bu son zamanlar çox rast gəlinən hallardandır. Bəzən möminlərdən də bu geyimdən istifadə edir. Xüsusən də toy, nişan və bu kimi hallarda daha tez-tez rast gəlinir. İslam şəriətində qalstuk, kəpənək və bu kimi şeylərdən istifadə etməyin hökmü nədir?

1-Ayətullah Cavad Təbrizi: Möminə layiq deyil ki, onu dini əndazədən çıxaracaq paltar geysin.

2-Ayətullah Lənkərani: Qalstuk əslən nasranilərə aiddir. Üstün budur ki, müsəlmanlar ondan çəkinsin.

3-Ayətullah Sistani: Özü özlüyündə manesi yoxdu. Amma ortama uyğun haramla nəticələnir.

4-Ayətullah Vəhid Xorasani: Əgər qalstuk qeyri müsəlmanların geyimi hesab olunursa icazəli deyil. Yox əğər onların geyimi hesab olunmursa təyin etmək mükəlləfin öz öhdəsindədir.

5-Ayətullah Behcət: Ehtiyatın xilafınadır.

6-Ayətullah Xameneyi: İcazəli deyil.

7-Ayətullah Məkarim Şirazi: Bizim ətrafımızda əcnəbilərin mədəniyyətini təbliğ etməli olduğundan, istifadə etmək icazəli deyil./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter