Hansı 15 yerdə namaz qılmaq bəyənilmir və məkruhdur?
Namaz dinin sütunudur. Namaza etinasız olan “öz dininin” dirəyinin silkələmiş olur. Yəni Allah Təalanın göndərdiyi dindən bağlılığını qoparmış olur. Bu da onun dünya görüşündə və həyat tərzində öz dərin izini buraxır.
İslaminSesi.info - İnsan gərək namaza diqqətli olduğu qədər onun şərtlərinə və keyfiyyətinə də diqqətli olsun. Çünki hər bir işin müqəddiməsi (giriş mərhələsi) həmən işin özü qədər önəmlidir.
Namazın da özünün paklıq, yerin qəsbi olmaması, dəstəmaz, paltarın paklığı, vaxt, forması, tərtibi və bu kimi müqəddimələri vardır. Namaz qılmaq üçün yerin seçilməsi də mühüm şərtlərdəndir ki, gərək namaz qılan bu şərtə diqqət etsin.
Oğurluq, qəsbi, nəcis kimi bir neçə yer varki ümümiyyətlə orda namaz qılmaq olmaz.
Amma bəzi yerlər vardır orada namaz qılmaq bəyənilmir, lakin namaz batil olmur. Lakin çarəsiz qalmadığı halda orada namaz qılmasın:
1-Hamam
2-Duzlu yer
3-Başqa insanın qarşısında
4-Açıq qapı önündə
5-İnsanların gəlib getdiyi küçə və xiyabanlarda ( insanlara zəhmət verməsə belə) İnsanlara zəhmət versə icazəli deyil
6-Atəş və çırağ qarşısında
7-Mətbəxdə və atəş olan yerdə
8-Nəcasət dolu çuxur və quyu qarşısında
9-Hər hansı canlının şəkili ilə üz-bəüz
10-Cənabətli şəxsin olduğu otarda
11-Şəkil olan otaqda
12-Qəbr qarşısında
13-Qəbrin üstündə
14-İki qəbr arasında
15-Qəbristanlığda/ Yaşar Nuriyev