Kişi öz həyat yoldaşına hicab və zinətlənmə mövzusunda hansı həddə göstəriş verə bilər?


Ayətullah Xameneinin istiftaat – dini suallara cavab ofisinin üzvü, Fiqhi məsələlər üzrə araşdırma mərkəzinin rəisi höccətülislam vəlmüslimin Məhəmməd Hüseyn Fəllahzadə hicab mövzusunda sualları Ayətullah Xameneinin nəzəri əsasında cavablandırır.

Cavab: Hicab və zinətlənmə ərin münasibəti ilə şərtlənməyib. Bu, Allahın əmridir və xanımlar bu əmrə itaət etməlidir. Hətta ər hicaba müxalif olsa, qadın Allahın əmrinə itaət edib, hicabını gözləməlidir. Hicab vacib olmayan yerdə ər hicab bağlamağı əmr etsə qadın üçün hicab vacib olmaz. Amma belə vəziyyətlərdə ailədə dava-dalaş yaranmasın deyə qadın hicab örtə bilər./Vilayet.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter