Səs-küylü otaqda namaz qılan adam oradakıları sakitliyə çağırmaq üçün “Allahu əkbər”i ucadan desə, namaz pozularmı?


Cavab: Ümumiyyətlə, namaz zamanı namaza aid olmayan bir sözü qəsdən söyləmək namazı batil edər.Bu sözün böyük ya kiçik olması şərt deyil, məna bildirməsi kifayətdir. Amma bu iş bilməyərəkdən olsa, namazın axırında bir cüt səhv səcdəsi etməklə əvəzi verilir. Namaza aid olan, amma öz yerində qəsdən işlədilməyən sözlər də bu qəbildəndir.

Məsələn, adam zikr yeri olmadan başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, namazı pozular. Amma əgər o yerdə zikr demək müstəhəbdirsə, həm müstəhəb zikr söyləmək, həm də başqasına nəyi isə çatdırmaq üçün “Allahu əkbər” desə, eybi yoxdur. Bəzən insanlar namaz əməllərinin arasında ətrafdakıların sakit olması üçün və ya başqa işarə məqsədilə bir az uca səslə təkbir deyirlər. Bu, namazı pozmaz./ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter