Bədgümanlıq, sui-zənn nədir?


Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsində buyurur: “Sui-zənn və bədgümanlığa təslim olma.” (“Bədgümanlıq sənə qalib gəlməsin”)

Əvvəlcə bilməliyik ki, bu ifadələrdə nəzərdə tutulan nədir? Bu barədə iki ehtimal var:

1. Bu sayaq təbirlər, adətlər, o zaman işlədilir ki, bir sifət insanda sabit şəkil alıb, onun xarakterində möhkəmlənsin. Ərəblərin “ğələbə ələyhil-kərəm” deyiminin mənası budur ki, hansısa sifət (burada “kərəm”) insanda sabitləşmişdir. Bu baxımdan, Həzrətin (ə) buyuruğundan belə anlaşılır ki, sui-zənn əhli olma, bədgümanlıqdan çəkin.

2. Bu ifadələrin digər bir mənası ehtimala görə budur ki, Həzrət (ə) sui-zənnin əmələ çevrilməsini tövsiyyə edir. Sui-zənn bəzən insanın daxilində qalır, bəzən isə o qədər təsirli olur ki, insanı hansısa hərəkətlərə sövq edir. Belə ki, güclü sui-zənn insanın sifətində, hərəkətlərində, rəftarında aşkar müşahidə edilir. Məhz bu halda “insan sui-zənnə məğlub olub” deyirlər. Bu baxımdan Həzrətin (ə) kəlamının mənası budur ki, sui-zənn etdikdə ona məğlub olub, hərəkət başlamayın. Yəni sui-zənnə qalib gəlib, düşüncə və rəftarı onun təsirindən qorumaq lazımdır.

Uyğun ifadəyə hər iki mənanı tətbiq etmək mümkündür. Amma ərəb dilinin qanunlarına görə birinci məna daha münasibdir. Birinci mənaya görə, sui-zənnin xarakterdə sabitləşməsinin qarşısı alınmalıdır.

Buna görə də kəlamın iki mümkün mənasından birincisini əsas götürərək deyə bilərik ki, sui-zənnə məğlub olmaqdan çəkinməliyik. Məbada, sui-zənn bizdə sabit xasiyyət şəklinə düşə və bütün ətrafdakılara qarşı bədgüman olaq. Tövsiyyənin davamında birinci mənanın təsdiqi olaraq, buyurulur ki, bədgümanlıq qalib gəldiyi təqdirdə dostlar arasındakı səmimiyyət aradan qalxasıdır. Belə insanlar bütün ətrafa bədbin münasibət bəsləyirlər./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter