Şeytan həqiqidir, yoxsa xəyali? - O insanı necə aldadır?


İnsan dünyaya gələndən hey çarpışır. Özüylə(nəfsi ilə), dünya ilə, xəstəliklərlə, maddi çətinliklərlə və sair
Bunlar azmış kimi bir yandan da şeytan var. Şeytanın canlı, müstəqil bir varlığ olduğunu bəziləri qəbul etmir. Hətta onu mənəvi bilənlər də vardır. Amma kimin necə bilməyindən aslı olmayaraq Allah-Təala onu bir varlıq kimi təqdim etmiş və onu insanın açıq aşkar düşməni olduğunu buyurmuşdur:

Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir (Yasın-60).

Qurani-Kərim ayələrinə əsasən şeytan insanın aşkar düşmənidir. O insanları azdıracağına, onları həlakətə, məhvə sürükləyib, cəhənnəmə tökdürəcəyinə and içib. Özü də Allah Təala qarşısında.

(İblis) dedi: \'Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam (Sad-82).

Mütəfəkkirlərdən biri deyir: Şeytan insana qələbə çalanda onun ağlını əlindən alır. Bundan sonra insan hər pisliyə əl atır. Yalan danışır, qeybət edir, haram yeyir, böhtan atır, riya edir, bir sözlə batdıqca batır.

Şeytanın ağlı əldən alması məcazi mənadadır. O insandan heçnə qoparıb ala bilmir. Onun işi yalnız bir şeyi insana gözəl göstərmək, batili onun nəzərində bəzəyib haqq libası geydirməkdir. Bundan sonra insanın çətin anları başlayır. İnsan ağlı ilə nəfsi arasında çarpışmağa başlayır. Əgər ağıl qalib olarsa insan şeytani hiylədən canını qurtarmış olur. Əksi olarsa ağlını əldən verdi deyirlər.

Əxlaq ustadları bunu elmi şəkildə belə bəyan edirlər: İnsanda iki idrak var - əqli idrak və hissi idrak. Əqli idrak olmaz deyir, hissi idrakla tələb edir. Hissi idrak qalib olarsa bu əqli idrakın məğlub olması deməkdir.

Beləcə insan nəfsinə və düşməni Şeytana məğlub olmuş olur. Belə olan halda ağlını itirmiş, ipini şeytanın əlinə vermişdir deyirlər./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter