Dünya və axİrət səadətİnə yol açan bİr nəsİhət


CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər olan dəyişikliklərin hər biri öyüd və nəsihətdir.
Əgər insan aləmə ibrət gözü ilə baxarsa dünyanın zahirinə diqqət yetirməklə onun batini haqda düşünərsə, şübhəsiz öz vücudunda oyanış hiss edər. İnsan üçün imkan aləminin hər bir zərrəsində, hər bir yarpaqda mərifət qapıları və səadət yolları açılar. Bir şərtlə ki, insan aşağıdakı ayələrin şamil edildiyi qrupdan olsun: «Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan» (Ali-İmran-191). Əksinə, bu ayədə göstərilən sifətdən uzaq ola: «Ürəkləri var, onunla dərk etməz, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər» (Əraf-179).
Yaranış kitabı olan dünya başdan-başa nəsihət və moizələrlə zəngindir. Lakin oxumaq üçün savad, mənaların dərki üçün ağıl gərəkdir. Böyük vəhy və şəriət kitabı olan Qurani-kərim də, yaranış aləmi kimi nəsihətlərdən ibarətdir. Onu çox oxuduqca, mənalarını çox düşündükcə daha çox ibrət götürülür. İstənilən bir sahədə nəsihəti Qurandan tapa bilərsiniz.
Əbdür-rəhmanın sifətlərini mübarək «Fürqan» surəsindən, ictimai-əxlaqi təlimləri «İsra» surəsinin 22-39-cu ayələrindən oxuya bilərsiniz. Onun müjdə verən, qorxudan ayələrinin hər biri nəsihətamizdir. Sol və sağ tərəfdən olanların sifətlərinin bəyanı olduqca nəsihətlidir.
Peyğəmbərlərin və ilahi şəxslərin, eləcə də kafirlərin və fironların aqibəti doğru yola yönəlmək üçün öyüd və nəsihətdir. Oxuyun, təkrarlayın və mənalarını düşünün. Çalışın ki, bu mənaların həqiqətini əldə edəsiniz. «Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
«Onlara bu dünya həyatını misal gətir – o, göydən yağan və cürbəcür bitkilər cücərdən yağış kimidir. Allah hər bir işə qadirdir» (Kəhf-45).
«Hər kəs zərrəcə yaxşılıq etsə, yaxşılıq, hər kəs zərrəcə pislik etsə, pislik görər» (Zilzal 7-8).
«Göylərdə və yerdə baxılmayıb, ötürülən bir çox nişanələr var» (Yusif-105).
«Özlərindən sonra necə bağlar və bulaqlar qaldı – əkinlər, gözəl evlər və içində qərq olduqları bir nemət» (Duxan 25, - 27).
«İllər boyu onları faydalandırdığımıza baxmayaraq, vəd olunmuş əzabın başlarına yağdığını gördün. Həmin faydalar onlara təsir etmədimi?» (Şuəra 205, 206, 207).
Xülasə, aydınlıq istəyənlər üçün Quran bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Quranla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, «Nəhcül-bəlağədən» həzrət Əlinin (ə) xütbələrini, Quranın həqiqi şərhçilərinin nəsihətlərini mütaliə edin.
İmkan həddində mömin bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.
Gecə namazını qənimət bilin. Hər zaman Allahı zikr edin. Cümə axşamları «Kumeyl», cümə günləri isə «Nudbə» duası oxuyun.
Öz şəxsi əməl və hesabınızın mühasibəsində alverdə şəriklərin hesabında olduğundan da ciddi olun. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir. (Kuleyni «Kafi» 2-ci cild).
Niyyətinizi xalisləşdirin, özünüzü Allah və Onun savabından qeyri bir şeyə satmayın.
İmkan aləminin nümunə və hidayətçisi həzrət Bəqiyyətullah (ə.c.) ilə rabitənizi qoruyun. Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmayın. İşlərimizi bacardıqca onların öhdəsinə qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (İmam Zaman (ə.c.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək. Yalnız Əhli-beytə itaətlə əldə edilən uca məqama yüksələcəyinizi ümid edirəm. Allah sizləri, bizləri, və bütün möminləri ins və cindən olan şeytanların, bidətçilərin tələlərindən qorusun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter