Yerin yeddi qatı nə deməkdir?


“Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi yaxud Yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır”.
Yəni, necə ki, göy yeddi qatdan ibarətdir, yer də yeddi qatdan təşkil edilmişdir. İmam Əli (ə) xilqətin möcüzələrinə işarə edərək buyurur: “Allaha and olsun ki, əgər yeddi iqlimi və kainatın altında olanları mənə versələr ki, qarışqanın ağzındakı arpa qabığını götürməklə günah edəm, bu işi görmərəm”.

Burada adı çəkilən yeddi iqlim Yerin yeddi qatına işarə etməkdir.
Başqa tərəfdən, İmamın (ə) bu fikri belə nəticəyə gəlməyə səbəb olur ki, Yerin üzərində yaşayan müxtəlif ümmətlərin ittihadı nəzərdə tutur, nəinki yerin qatlarının sayı. Çünki qədim coğrafiya alimləri yeri yeddi qitəyə bölmüşdülər.

Ona görə də yuxarıdakı ayədə adı çəkilən yeddi qatlı yer dedikdə, üç ehtimal irəli sürülür.

1. Yeddi qatlı yer dedikdə, yeddi səma planetləri nəzərdə tutulur ki, orada da bizim planetdə olduğu kimi torpaq vardır.

2. Məqsəd ancaq bizim yaşadığımız Yerdir ki, yeddi təbəqəyə malikdir. Onun ən sadə təbəqəsi bizim hal-hazırda yaşadığımız təbəqədir.

3. Yeddi qatlı yer dedikdə, yeddi qitə nəzərdə tutulur. Qədim coğrafiya alimləri Yer kürəsini yeddi qitəyə bölmüşdülər.
Hər bir halda əgər İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də xiqətin sirləri ilə bağlı bəyan etdikləri haqqında dərindən düşünsək, görərik ki, hər biri bir tövhid dərsidir və Məsumların (ə) elmi xalis elmdir. Hər kim tərəqqi etmək istəyir və kamala can atırsa, bu faydalı elmdən bəhrələnir və rübubuyyət ilə tanış olur./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter