Kişi ilə qadının eyni otaqda namaz qılmasına icazə varmı?


Cavab: Kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər. Kişi ilə qadın camaat namazı da qıla bilərlər. Bu halda İmam-camaat kişi olmalıdır. Əlbəttə, kişidə İmam-camaatın şərtlərinin olması da lazımdır. Əgər qadın namazda kişiyə iqtida edərsə, ondan arxada durmalıdır. Ehtiyata görə, ən azından, qadının səcdə yeri kişinin dizləri bərabərindən arxada qalmalıdır. Yəni kişinin səcdə zamanı dizlərini qoyduğu yerdən xəyali xətt çəkilsə, qadının səcdədə alnını qoyduğu yer o xətdən arxada qalmalıdır./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter