İmam Həsən Əsgəri (ə) davamçılarına hansı 8 əxlaqi tapşırıqları etdi?


İmam Həsən Əskəri (ə) bir hədisdə öz şiələrinə nəsihət edərkən buyurur: Sizə tövsiyə edirəm ki:

1. Allahdan qorxun.
2. Dininizdə təqvalı olun.
3. Allaha xatir çalışın.
4. Doğru danışın.
5. Sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis.
6. Səcdələrinizi uzadın.
7. Qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir.
8. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin, hüquqularını ödəyin.

Çünki sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub, camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir./nur.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter