Axiruzzəmanda zühur edəcək Yəmani kimdir?


İmam Zamanın zühurunun əlamətləri və Axiruzzəmanın əlamətləri haqda gələn hədislərdə Yəmani adlı hidayət edən bir rəhbərin mövcudluğu qeyd edilir. Bu Yəmani kimdir?
İslaminSesi.info - ər-Rəcət (səh-157), Məcməul-Əhadis(3/253), Ğeybət-Numani (bab 14, s.286, h.13) əsərlərində Axiruzzəmanda ya İmam Zamanın zühuru zamanı qiyam edəcək Yəmaninin əlamətləri barədə İmam Baqirdən belə bir hədis gəlib:

“Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması (xüruc etməsi) eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya çıxmağı sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına. Bayraqların içində ən doğru yolda olan Yəmaninin bayrağıdır. O hidayət bayrağıdır. Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək. Yəmani xüruc etdiyi zaman camaata və hər bir müsəlmana silah satmaq haram olacaq. Yəmani xüruc etdiyi zaman ona tərəf tələs. Çünki onun bayrağı ən doğru bayrağdlr. Heç bir müsəlmana ondan üz çevirmək halal deyil. Kim üz çevirərsə cəhənnəm əhli olar. Çünki Yəmani insanları haqqa və doğru yola tərəf çağıracaq.”

Hədisə əsasən “Çünki o insanları sizin sahibinizə tərəf dəvət edəcək.” Yəmani İmam Zaman zühur etməmişdən öncə zühur edəcək. Həmçinin Yəmani yəmənli deməkdir və onun İraqdan, İrandan və ya Şimali Afrikadan deyil, yəmənli olacağı qətidir.

Tarixdə İmam Zaman və Məhdi olduqlarını iddia edən insanlar olduğu kimi Yəmani iddiasında olanda olub. O, bəsrəli Əhməd əl-Həsəndir ki Yəmani olduğu iddiasındadır. Hal bu ki hədisdə o şəxsin Yəmənli olacağı qeyd edilib.

Hədisə əsasən Yəmani qiyam edəcək, insanları İmam Zamanın zühuruna çağıracaq. Haq-ədalət tərəfdarı olan Yəmaninin bayrağı hidayət bayrağıdır. Möminlər bundan savayı şəxsin ardına getsələr cəhənnəmlik olacaqlar. Bu əlamətlər hələ indiyə qədər heç kimə qəti olaraq şamil edilməyib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter