Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?


Cavab: Namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir. Bunlar murdar materialdan (məsələn, bismilahsız kəsilən heyvanın və ya it, donuz kimi zatən nəcis olan heyvanın dərisindən) hazırlanmayıbsa, sonradan nəcasətə bulaşıbsa, onunla namaz qılmaq olar. Qayışın da hökmü belədir. Amma qayış bismillahsız kəsilən heyvan dərisindən hazırlanıbsa, onunla namaz qılmaq olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter