On ikinci imama (ə.f) verilən “Müntəqim” ləqəbinin mənası nədir?


İslaminSesi – Hədislərdə müsəlmanların qeybdə olan və bir gün zühur edib ədaləti yer üzündə bərpa edəcək İmama aid “Bəqiyyətullah”, “Höccət”, “Məhdi”, “Sahibuz-Zəman”, “Qaim”, “Qaib”, “Sahibul-Əmr”, “Mənsur”, “Vəliyyul-Əsr” kimi ləqəblər deyilib.

Bu ləqəblərdən biri də “Müntəqim”dir. Müntəqim intiqam sözündən alınıb. İntiqam alan deməkdir.

On ikinci İmama müntəqim ləqəbinin verilməsi İmam Sadiq, İmam Baqir və İmam Hüseyndən gələn hədislərdə də qeyd edilib.

Bu hədislərdə qeyd edilir ki İmam Zaman zühur edərək İmam Hüseynin intiqamını və digər İmamların intiqamını alacaq.

Qeyd etmək lazımdir ki İmam Hüseynin intiqam addımı təkcə İmamlara görə deyil, bütün məzlumlara görə olacaq.

İmamla bağlı nəql edilən “Dünyanın sonuna 1 gün qalsa belə, o zühur edib ədaləti yer üzündə bərpa edəcək” hədisindən anlaşılır ki Sahibəz-Zəman təkcə İmamların deyil, bütün məzlumların intiqamını alacaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter