Uşaq sahibi olmaq üçün qadına süni mayalanma etmək olarmı?


Ayətullah Sistani: Qadının öz ərinin mənisi ilə mayalandırılması icazəlidir. Əlbəttə əgər bu iş baxışı haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına icazəli deyildir. Amma zərurət halı istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların sair övladları kimidir.
Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə. /sual.nur-az.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter