Ticarət zamanı mal satarkən qiymətin üstünə neçə faiz əlavə etməyə icazə verilir?


Bunun üçün şəriətimizdə hər hansı konkret məbləğ və ya faiz miqdarı nəzərdə tutulmayıb. İslam qanunlarının hamısının mahiyyətində əxlaq və insaf meyarı durur.

Satılan malın qiymətinin təyin edilməsi məsələsi də bu meyara tabedir. Qiyməti təyin edərkən insaf amili mütləq nəzərə alınmalıdır. Əlbəttə, qiyməti təyin edərkən bazarın vəziyyəti, qiymətlərin ümumi məzənnəsi də gözdən qaçmamalıdır. Eləcə də, möhtəkirlik, süni qiymət artımı bəyənilməzdir. İnsanların əlacsızlığından, qıtlıqdan, defisitdən istifadə edərək, malın üstünə yüksək faiz qoyub satmaq insafa ziddir və dinimizdə yolverilməz sayılır.

Ticarətdə Əgər Suni bahalandırma müsəlmanların güzaranına təsir etsə və onların haqqı olan birinci dərəcəli ehityaclarından məhrum olmasına gətirib çıxarsa bu ticarət haram həddinə çata bilər./islam.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter