Müsəlмanların savadsızlığının səbəbİ nədİr?


Peyğəmbər xalqı ardıcıl şəkildə elm və biliyə dəvət etdiyi halda, savadsızlıqla mübarizə apardığı vəziyyətdə nə üçün müsəlmanlar bu qədər savadsızdırlar?

Cavab: Nə qədər ki müsəlmanlar İslamın ali təlimlərindən uzaq düşməmişdilər, İslam dünyasında elm və bilik ildırım sürəti ilə yayılırdı. Мisilsiz elm mərkəzləri, kitabxanalar deyilənlərin əyani sübutudur. Həmin vaxt kağız istehsalı və çap vasitələri olmadığı halda, təkcə Marağa kitabxanasında dörd yüz min cild, Bağdad kitabxanalarında isə dörd yüz milyon cild kitab vardı. Müsəlman ölkələrindəki kitabxanaları ən dəyərli elmi kitablar bəzəyirdi.

Qərb dünyasının istismar kölgəsi müsəlmanların başının üstünü alanadək müsəlmanlar arasında saysız-hesabsız savadlı insanlar vardı. Məsələn, Fransa istismarından qabaq Əlcəzairin əksər sakinləri savadlı idilər. Son dövrlərdə bə’zi İslam başçılarının bir-birləri ilə çarpışması İslam mədəniyyətini daha da tənəzzülə uğratdı. Hal-hazırda əksər müsəlmanların ibtidai savadı da yoxdur. Aммa üмid edirik ki, son dövrlərdə müsəlman dünyasında müşahidə edilən oyanış uyğun sahədə də əhəmiyyətli dəyişikliklər yaradacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter