Nəyə görə hicri ilinin 11-ci ayı Zul-Qədə adlanır?


Zul-Qədə ayının mənası nədir?
İslaminSesi – Zul-Qədə hicri-qəməri tarixinin 11-ci ayıdır. Ondan öncə şəvval sonra isə Zu-Hiccə ayı gəlir.

Zul-Qədə Qurani-Kərimdə buyurulmuş 4 haram aydan biridir. Qurani-Kərimə görə ərəblərin islamdan öncə xüsusi şəkildə ehtiram etdikləri Zil-Qədə, Zil-Hiccə, Məhərrəm və Rəcəb ayları müsəlmanlar tərəfindən də ehtiramla yad edilməlidir və islamdan öncə bu aylarda yerinə yetirilən adətlər islamdan sonra da riayət edilməlidir. Məsələn döyüşlərin və müharubələrin qadağan olduğu kimi.

Lüğətşünas alimlər Zil-Qədə sözünün mənasını oturmaq kimi mənalandırırlar. Yəni döyüşləri bitirmək və oturmaq. Bu ay daxil olduqda insanlar döyüşlər və muharibələrə artıq qatılmır evlərində oturmağı üstün tuturlar.

Azərbaycanlı alim Əbu-Reyhan Biruni (973-1048) də eyni mənanı təsdiqləyir.

Bu ayda müsəlmanlar həccə hazırlaşırlar.

Bu ayın əlamətdar günlərin bunlardır:

1- Fatimə bint Musa Kazimin (Məsumə xanım) viladəti (173 h.q)

2- Ayın 11-i İmam Rzanın viladəti (148 h.q)

3- İmam Məhəmməd bin Əli əl-Cavadın şəhadəti (220 h.q)/islaminsesi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter