Allah-Taala (c.c) bəndəsində hansı hədiyyəni tələb edir?


İxtiyarımızda olan nemətlər Allahın bizə verdiyi hədiyyələrdir. Bəs Allah necə, bunların əvəzində bizdən hansı hədiyyəni istəyir?
İslaminSesi – İxtiyarımızda olan nemətləri Allah bizə hədiyyə olaraq veribdir. Əlimizdəkilərin bəzisi olmasa da yaşaya bilərik. Yəni onların olub, olmaması həyati məsələ deyil. Amma Allah onları bizə hədiyə kimi verib.

Allah həyati nemətlərin əvəzində insandan vacibatı yəni namazı, orucu və sair fərz edilmiş ibadətləri vəzifə olaraq istəyir.

Əslində hədiyyə daha çox vəzifə borcu kimi verilmir. Onu verən könüllü şəkildə verir. Bu o deməkdir ki bizim qıldlğımız namaz və oruclar bir vəzifə borcudur və buna Allaha verilən hədiyyə deməzlər.

Baxmayaraq ki Allahın insanın verəcəyi hədiyyəyə ehtiyacı yoxdur, amma pərvərdigar bəndələri tərəfindən atılan bəzi könüllü və səmimi addımlara görə mələklər qarşısında, baxın mənim bəndəmə, deyərək mübahat edər.

Bəs Allahın insandan almaq istədiyi hədiyyə nədən ibarətdir?

İmam Sadiq buyurur: “Allah Təala İsa ibni Məryəmə vəhy etdi: Ey İsa hərzə insanlar hey gülərkən sən öz gözlərinin yaşını və qəlbinin xofunu mənə hədiyyə et! Ey İsa sən qəmginliklə gözlərinə sürmə çək! Qəbir üstünə get və uca səslə onları çağır! Bəlkə onda bir ibrət ala bildin. O zaman de ki, mən sizin arxanızca gəlib sizə qovuşacağam”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter