Şeytan nə üçün qəzəbə gəlib?


Ustad Məhəmmədbaqir Təhriri İftitah duasını şərh edərkən buyurub:
Allahın qəzəb sifəti Onun cəlal sifətlərinin cüzi vəsfidir. Qəzəb bəzən daha cüzi, əzab şəklində zühur edir. Əzab bir növ ayrılıq, uzaqlıqdır. Bəziləri özünü ilahi cəlal sifətin yeganə məzhəri bilir. Bu isə Allahın müqəddəs zatından uzaqlıqdan başqa bir şey deyil. Şeytan belədir, buna görə Allah tərəfindən qovulub. Beləcə Allahın qəzəbinə gəlib. Bəzi varlıqların dəfetmə xüsusiyyəti daha qabarıqdır.

Dəfetmənin səbəbi bir varlığın cəlal sifətinin məzhəri olmasıdır. Biz Allahı cəlal sifəti ilə mədh edirik. Amma elə məqam gəlir ki, bir varlıq bu sifətlə bağlı qınanır. İkram sifəti cəlal sifəti ilə qarşı-qarşıyadır. İkram Allahın cəmal sifətlərindəndir. İkramın təsiri cazibədir. Allahın cəmal sifətləri varlıq aləmində daha çox müşahidə edilir. Bu iki sifəti yalnız aydınlaşdırmaq üçün ayırırıq, əks-təqdirdə onlar ayrılmazdır. Quran Allaha müxalifətdən danışanda cəlal sifətlərini önə çəkir. Söhbət bəndələrin Allaha doğru cəzbindən gedəndə cəmal sifətləri yada salınır./ Vilayet.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter