Ayətullah Məhəmməd Baqir-Kəni ramazan ayı üçün hansı tövsiyələri buyurur?


Ramazanda birinci növbədə insanın dünya və axirətinə faydası dəyməyən bihudə işlərdən çəkinmək lazımdır
İslaminSesi xəbər verir ki bu tövsiyələr, tanınmış əxlaq ustadı ayətullah Məhəmməd Baqir Baqir-Kəninin ramazanla bağlı çıxışında gəlib.

Ayətullah Məhəmməd Baqir Baqir-Kəni deyib:

“Ramazan ayında hansı əməlin daha yaxşı olduğunu biz bilə bilmərik. Çünki məsum deyilik. Amma bihudə işlərdən uzaq durmağın vacibliyini ki bilirik. Bəs bihudə və faydasız işlər hansılardır?. Bu işlər elə bir işdir ki nə dünya nə də axirət faydası var. Bu yersiz söz ola bilər. Ya da lazım olmayan yerə fayda verməyən yerə get-gəl etmək.”

Ayətullah Məhəmməd Baqir Baqir-Kəni əlavə edib:

“Ramazanda insan heç olmasa xöşrəftar olmalıdır. Evindən tutmuş ictimaiyyət və iş yerinə qədər. Bunu edə bilsə hünər edibdir. Xoş rəftar sahibi olmalıyıq, münasibətimiz olan şəxslərlə, gücdə və imkanda bizdən aşağıda olanlarla, şagirdlər və mağazaçılar, dükançılarla və həyat yoldaşımızla. Əsas budur”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter