İmam Mehdinin (əc) qeybdə olmasının fəlsəfəsi və Həzrətin yolunu gözləyənlərin vəzifəsi nədir?


İslamınSesinin suallarını ilahiyyatçı Vasif M. cavablandırıb: “İmam Zamanın (əc) zühurunun fəlsəfəsi, dünyada insanlığın və bəşəriyyətin arzusunda olduğu ideal, ədalətli dövlətdə yaşamın gerçəkləşməsidir. Hər bir insan haqq və ədalətin hakim olduğu bir dövlətdə yaşamağı arzulayır. Allah belə bir hakimiyyətin yalnız İmam Zamanın (əc) əli ilə gerçəkləşəcəyinə vədə verib. Yəni o həzrətdən başqa heç kəs bəşərin bu arzusunu həyata keçirməyə qadir ola bilməyəcək”.

İmamın intizarında olan insanların vəzifəsinə gəlincə ilahiyyatçı alim bunları söyləyib: “ İnsanlar İmam Mehdinin (əc) zühuru üçün bacardıqları qədər dua etsinlər. Eyni zamanda öz əməllərimizlə ağanın zühurunu tezləşdirə bilərik.

İmam Zamanın (əc) öz naiblərindən birinin vasitəsi ilə göndərdiyi məktubda deyilir: “ Əgər bizim şiələrimiz və həqiqi intizarımızda olanlar zühurun tezləşməsini istəyirlərsə , gərək bağladıqları əhd-peymana sadiq qalsınlar. Bu Allaha olan bəndəçilik əhd-peymanıdır.

Lakin əfsuslar olsun ki, bizim şiələrimizdən bəzi xəbərlər gəlib çatır ki, bu məlumatları oxuyarkən kədərlənirik. Şiələrimizin xoşagəlməz və qəlbimizi incidəcək əməlləri , onların bizimlə görüşməyini təxirə salır”. İmamın məktub vasitəsi ilə yazdıqlarından da aydın olur ki, bizim başlıca vəzifəmiz əməllərimizi islah etməkdən, fərdi və ictimai həyatımızı Quran əsasında tənzimləməkdən ibarətdir. Əgər belə olarsa İmam Zamanın (əc) həm zühuru gerçəkləşər, həm də bizim ağanı görməyimiz tezləşər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter