Bütün şəhidlərin qibtə etdiyi insan kimdir?


Abbasın Ulu Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər!

İslaminSesi xəbər verir ki bu hədisi Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) nəql edibdir.

İmam buyurur ki həzrət Əbul-Fəzl Abbas Kərbəlada etdiyi şücaətlər və fədakarlığa görə Allah ona özünəməxsus dərəcə veribdir ki bu bütün şəhidlər üçün əlçatmazdır

On ikinci İmam həzrət Əbul-Fəzlə belə salam göndərir: “Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi. O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.”

İmam Sadiq buyurur: “Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.”

İmam Səccad həzrət Əbul-Fəzl Abbasın imanı və mənəviyyatı barədə bu kəlamı buyurub: “Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter