Dilimizi hansı günahlardan qoruyaq?


Dilini səkkiz şeydən qoru:

1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır.

2. Verdiyin və`də xilaf çıxmaqdan. Məbada, yaxşılıq və`dəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb və`də vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Və`dəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.

3. Qeybətdən. Bir çox hədislər əsasında mə`lum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.

4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.

5. Özünü tə`rifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: \"Özünüzü tə`rifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: \"Xoşa gələn düz, lakin pis söz nədir? \"Cavab verir: \"Özünü tə`rifləmək.”

6. Müsəlmana lə`nət etməkdən. Bu işdən var gücünlə çəkin!

7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: \"Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”

8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir. /ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter