Ayətullah Mərəşi Nəcəfi ölümündən öncə oğluna hansı tövsiyələri etdi?


Alim və arif Ayətullah Mərəşi Nəcəfinin arifanə vəsiyyətnaməsindən (bir hissə)

✔ Ona (böyük oğluma) vəsiyyət edirəm ki, həmişə təharətli və dəstəmazlı olsun. Çünki bunun özü mənəvi nuraniliyə, qəm və kədərlərin aradan qalxmasına səbəb olur.
✔ Vəsiyyət edirəm ona davamlı surətdə rükunun zikrindən sonra, xüsusən də sonuncu rükuda bu duanı oxumağı: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğsina bihəqqihim”.

✔ Camieyi-kəbirə ziyarətini davamlı olaraq oxumağı vəsiyyət edirəm. Həftədə bir dəfə də olsa, oxuyun.
✔ Hər gün bir dəfə sübh namazından sonra Yasin surəsini, zöhr namazından sonra Nəbə surəsini, əsr namazından sonra Əsr surəsini, məğrib namazından sonra Vaqiə surəsini, işa namazından sonra Mulk surəsini oxuyun. Bu dediklərimi bir də təkid edirəm. Çünki mən özüm şəxsən rəvayət edirəm bu üslubu özümün böyük ustadlarımdan və dəfələrlə təcrübə etmişəm.

✔ Vəsiyyət edirəm nənəmiz Zəhrayi-Bətulun (ruhum ona fəda olsun) təsbihatını davamlı surətdə zikr etməyi.
✔ Təkidlə vəsiyyət edirəm gecə namazını və gecələr istiğfar etməyi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter