\"Səhih-Buxari\" və \"Səhih-Müslimdə\" İmam Mehdi barədə nə var?


Əhli-sünnənin məhdəviyyət mövzusuna iradlarından biri budur ki, onların tanınmış alimləri Buxari və Müslim bu barədə bir söz deməmişdir. «Səhih-Buxari» və «Səhih-Müslim» mənbələrində məhdəviyyət hədislərinin nəql olunmaması uyğun mövzuya etimadsızlıq yaradan səbəblərdəndir.

Əhməd Əmin Misri deyir: «Səhih-Buxari» və «Səhih-Müslim» hədis kitablarında bu sayaq (məhdəviyyət) hədislərə yer verilməməsi onların iftixarıdır....

- Buxari deyir: «Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. Amma kitabımın həcminə görə nəql etmədiyim etibarlı hədislər də çoxdur»

-Müslüm ibn Həccac Quşeyri deyir: «Mən öz kitabımda bütün etibarlı hədisləri nəql etməmişəm. Məqsədim yalnız yığcam hədisləri zikr etmək olub».

Buxari və Müslimin məhdəviyyətlə bağlı hədislərə tamamilə diqqət yetirməməsi düzgün deyil. Çünki bu müəlliflər İmam Mehdinin (ə.f) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn:

a) Dəccalın meydana çıxması – Buxari, xüsusilə də Müslim, Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.
İbn Həcər Əsqəlani Abərridən nəql etməklə Dəccalın əhvalatını İmam Mehdinin (ə.f) zühuru ilə əlaqələndirmişdir.

b) İsa ibn Məryəm – Buxari Əbu Hüreyrəyə istinadən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: «İmamınız aranızda olduğu halda, Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?» ixlas.az.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter