Namazın ümumi vacib əməlləri hansılardır?


Namazın vacib əməlləri:

1-Niyyət. Hansı namazı qıldığını fikrindən və ya dilində deməlidir.

2-Təkbirətül Ehram, yəni namaz qılan şəxs namazda dünya işlərini özünə haram edir.

3-Qiyam, yəni ayaq üstə iki müəyyən Qurandan surələri oxuyur.

4-Qiraət, ayaq üstə duranda surələrin oxunması,

5-Rüku, qiraətdən sonra əllərini dizinə çatdırmaq həddə əyilmək halətinə durmaq,

6-Səcdə. rükudan sonra iki səcdə bədənin 7 üzvünü yerə vurmaq şərti ilə, alını isə torpağa.

7-Zikr. namazın hər hansı durum tərzində xüsusi Allahı yada salan zikrlərdən demək.

8-Təşəhhüd. sübh namazında ikinci rəkətin səcdələrindən sonra, və 3 rəkətli namazın üçüncü rəkətinin səcdələrindən sonra və dörd təkətli namazın dördüncü rəkətinin iki səcdələrindən sonra xüsusi zikri \"təşəhhüdü bilərəkdən tərk etmək olmaz.

9-Salam, hər namazın sonunda 3 cürə xüsusi tərzdə peyğəmbərə saleh bəndələrə və bərəkət və salam duası demək.

10-Tərtib, yəni namazı deyilən şəkildə yerinə yetirmək. misal üçün səcdələri rükudan sonra yerinə yetirmək. səcdəyə gedib sonra rükuya qayıtmaq namazın quruluşunu pozar.

11-Muvalat. yəni namazın tərtibindən fasilə vermədən namazı davam etmək. misal üçün, rüku edib dayanıb bir neçə müddətdən sonra səcdəyə getmək. bir həddə dayanmaq ki qıraqdan baxan şəxs desin bu nə edir. hazırladı: Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter