Kobud danışıq tərzindən qurtulmaq üçün 11 tövsiyə nələrdir?


Əgər diliniz pis sözlərə adət edibdirsə, gərək sizə müəyyən tövsiyələrə əməl edəsiniz ki, yavaş-yavaş bu pis adətdən çəkinəsiniz.

1. Əvvəl fikirləşmək və sonra danışmaq. Tələsərək danışmayın. Əvvəl bir qədər düşünün və ondan sonra danışın. İmam Əli (ə) buyurur: “Aqilin dili – qəlbinin arxasındadır, axmağın qəlbi – dilinin arxasındadır”. Bu gözəl söz onun bəyanıdır ki, aqil insan danışmazdan əvvəl düşünər və öz qəlbindən soruşar ki, bu sözü demək onun xeyirinədir, yoxsa yox? Başqalarının şəxsiyyətinə ləkə vuracaqdırmı? Ancaq cahil insan düşünmədən danışır və sonra başa düşür ki, başqalarının şəxsiyyətini əzmişdir və ona görə də çox pərişan olar.

2. Söhbət edəndən sonra dəyərləndirmək. Söhbət etdikdən sonra öz sözlərinizi dəyərləndirin. Düşünün görün, sözləriniz necə olmuşdur və özünüz bu sözləri eşitməkdən şövq duyursunuzmu? Yoxsa sizi xəcalətli edir? Əgər sizin üçün xəcalətlidirsə, o zaman onu təkrar etməyin.

3. Sözlərin imtahanı. Dostunuzla üzbəüz əyləşin və növbə ilə danışın. Qarşı tərəfdən eşitdiyiniz sözlərə olan əks reaksiyalarınıza diqqət edin. Əgər həmin sözə qarşı mənfi reaksiya verirsinizsə, o zaman həmin sözdən istifadə etməyin. Daha yaxşı sözlərin axtarışında olun.

4. Təkrar etmək. Əgər imkanınız vardırsa, hər gün bir neçə dəqiqə gözəl mənalı sözləri dilinizə gətirib, onu telefonunuzda səs qeydinə alın. Bu işi təkrar edin və dilinizi yaxşı sözlər deməyə adət etdirin. Həmçinin gözəl sözlər deyən insanlara qulaq asmağa çalışın.

5. Araşdırmaq. Hər axşam gün ərzində başqaları ilə danışdıqlarınızı araşdırın. Baxın görün sözləriniz başqaları tərəfindən qəbul olmuşdurmu, yoxsa onlar sizin sözlərinizdən incidimi? Əgər yanlış sözlərdən istifadə etmisinizsə, sabah bu səhvi təkrar etməyin.

6. İbrət götürün. Kobud sözləri ilə başqlarına əziyyət verən insanlara diqqət göstərin. Onların həyatından ibrət götürməyə çalışın.

7. Əxlaqlı insanlarla yoldaş olun. Çalışın xoş danışan və əxlaqli insanlarla yoldaş olasınız. Onlardan örnək götürəsiniz.

8. Kobud danışmağın pis nəticələrinə diqqət edin.

9. Mehriban və xoş danışmağın dəyərlərinə diqqət edin. İmam Kazım (ə) buyurur: “İnsan həyatının yarısı – mehribanlıq və mülayimlikdir”.

10. Pis sözlərə görə özünüzü cərimə edin.

11. Müvəffəq olan zaman bunu fiksə edin. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter