Ayətullah Sistaninin şagird və tələbələrə hansı 3 kitabı oxumağı tövsiyə edir?


Ayətullah Sistani elm əhli kütləsinə tövsiyələr edərək 3 kitabla daha çox ünsiyyətdə olmağı tapşırıq verir:

-Bunların birincisi və ən üstün olanı, Allahın qullarına göndərdiyi kitabıdır. Allah, qullarının ağıl xəzinələrini hərəkətə gətirmək, hikmət bulağını axıtmaq və daşlaşmış qəlblərini yumşaltmaq üçün bu uca kitabı onlara göndərmişdir. Bu kitabda təqdim etdiyi zərbi-məsələlərlə hadisələri ən gözəl şəkildə izah etmişdir. Onun üçün insan bu kitabı tilavət etməyi əsla buraxmamalıdır. İnsan onu oxuduqca sanki Allahı dinləyirmiş kimi bir hissə qapılır. Çünki Qurani-Kərim, Allahın bütün qullarına göndərdiyi mesajıdır.

-İkinci kitab isə Nəhcül-Bəlagədir. Bu kitab ümumiyyətlə Qurani məfhumlar və işarələri fəsih ifadələrlə açıqlamaqda, insanda təfəkkür, ibrət və hikmət hissini təhrik etməkdədir. Buna görə də imkanı olan hər kəsin bu kitabı oxumağı tərk etməsi doğru deyil. İnsan bu kitabı oxuduqda Əmirəlmöminin İmam Əlinin (ə) xitab etdiyi insanların arasında olduğu hissinə qapılır. Xüsusilə bu məqamda İmam Əlinin (ə) oğlu İmam Hüseynə (ə) yazdığı məktub üzərində düşünmək faydalıdır.

-Üçüncü kitab Səhifəyi Səccadiyyədir. Bu kitab da Qurandan alınan maarifi ehtiva edən bəlağət səviyyəsi yüksək dualardan ibarət olan bir kitabdır. Bu kitabda insan üçün əhəmiyyətli olan və bilməsi lazım olan məsələlər öyrədilmişdir. Səhifəyi Səccadiyyə insanın özünü necə mühasibat edib tənqid etməsini, nəfsdə gizli olan istiqamətlərin və sirlərin kəşf edilib açıqlandığı və özəlliklə bəyənilmiş əxlaqi xüsusiyyətlərin çox gözəl şəkildə bəyan edildiyi bir kitabdır. islaminsesi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter