Qurandan bu surələri oxumaq ruzini artırır?


Hədislərimiz ruzini artırmaq üçün bu surələri oxumağı tövsiyə edir,:

1. “Vaqiə” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim hər gecə “Vaqiə” surəsini oxuyarsa, dünyada çətinlik, bəla, yoxsulluq və ehtiyac görməz. Həzrət Əlinin (ə) dostlarından olar”.

2. “Huməzə” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Huməzə” surəsini vacib namazda oxuyarsa, yoxsulluq ondan uzaq olar və ruzi ona üz çevirər”.
3. “Ləyl” surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ləyl” surəsini oxuyarsa, Allah ona o qədər əta edər ki, razı olar, onu çətinliyə salmaz”.

4. “Muzəmmil” surəsi. Peyğəmbər (s) buyurur: “Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”.
5. “Zariyat surəsi”. İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini gecə və ya gündüz oxuyarsa, Allah həyat vəziyyətini islah edər və ona çoxlu ruzi verər”.
6. “Mumtəhənə” surəsi. İmam Səccad (ə) buyurur: “Hər kim “Mumtəhənə” surəsini vacib və müstəhəb namazlarda oxuyarsa, yoxsulluq və dəlilik ondan və övladlarından uzaq olar”.

7. “Nəcm” və “İbrahim” surəsi də ruzinin artması üçün tövsiyə olunur.
Əlbəttə, bunu qeyd etmək lazımdır ki, ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək və məsləhətləşmək ruzinin artmasına yardım edər. Gecə namazı qılmaq da ruzinin artmasına səbəb olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter