Peyğəmbərin (ə) vəfatından öncə buyurduğu oyandırıcı kəlamı nə oldu?


Böyük Peyğəmbər(s.ə.s.) şiddətli xəstəliyindən bir gecə öncə Əli(ə)-ın əlini tutduğu bir halda, bağışlanmaq diləmək üçün camaatla yanaşı Bəqi qəbiristanlığına getdi və qəbiristan əhli üçün salavat göndərdi və uzun müddət onların bağışlanmasını istədi. O zaman Əli(ə)-a buyurdu: Cəbrayıl hər il bir dəfə Quranı mənə təqdim edərdi, lakin bu il bu məsələ iki dəfə həyata keçdi və bunun mənim əcəlimin yaxınlaşmasından başqa bir dəlili yoxdur.

Buna görə, Əli(ə)-a dedi: Əgər mən dünyadan getsəm, sən məni qüsl et. Digər bir rəvayətdə deyilir ki, buyurdu: Hər kəsə ki, vəd vermişik, onu almalısız və hər kəsə də ki, borcluyam, məni xəbərdar etsin.

Peyğəmbər(s.ə.s.) sanki öz köməkçilərindən bəzilərinin qanun pozuntusundan və öz səhabələrindən bəzilərinin hərəkətlərindən narahat olmuşdu, buna görə, pis adətlərin qarşısını almaq üçün buyurdu: Ey camaat, fitnə odu alovlanıbdır və fitnələr qaranlıq gecənin tikələri kimi üzə çıxıb və sizin mənə qarşı heç bir bəhanəniz yoxdur; zira mən Quranın halal etdiklərindən savayı heç nəyi halal və Quranın haram etdiklərindən savayı heç nəyi haram etmədim.

Əli(ə) Peyğəmbər(s.ə.s)-ın pak cəsədini qüsl etdi və kəfənə bürüdü və Peyğəmbər(s.ə.s.) onu ona ən yaxın adamın qüsl edəcəyini dediyi üçün bu şəxs Əli(ə)-dan başqa bir kəs deyildi. Sonra gözlərindən yaşın sel kimi axdığı bir halda, Əli(ə) O Həzrətin üzünü açdı. Buyurdu: Atam-anam sənə qurban, ey Allahın Rəsulu(s.ə.s.), sənin vəfatınla peyğəmbərlik, ilahi vəhy və səmavi xəbərlərin kökü kəsildi... Əgər bizi səbir və təmkinliliyə əmr etməsəydiniz, o qədər ağlayardım ki, göz yaşı bulağı quruyardı.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter