Kimlərdir o 6 dəstə ki 6 xüsusiyyətlərinə görə cəzalandırılarlar?


İmam Əli (ə) 6 dəstəni 6 xüsusiyyətinə görə məzzəmət edir və buyurur: “Allah 6 dəstəni 6 xüsusiyətinə görə cəzalandırar:

1. Təəssübkeş ərəblər. Çünki təəssübkeşlik haqqın və həqiqətin qəbul olmasına mane olar və həqiqətləri görməyin qarşısını alar. Peyğəmbər (s) buyurur: “Hər kəsin ürəyində xardal dənəsi qədər təəssüb olarsa, Allah Qiyamət günü onu cahil ərəblərlə məhşur edər”.

2. Təkəbbürlü kəndxudalar. Çünki bu insanların bəzisi o qədər təkəbbürlüdür ki, insanlarla heyvan kimi rəftar edir. Onlara ən az dəyəri verir.
3. Zalım rəhbərlər. İnsanlara hökmranlıq edən kəslər nəzərdə tutulur. Bu insanlar etdikləri zülmə görə cəzalandırılacaqlar.
4. Həsəd aparan fəqihlər. İmam Baqir (ə) buyurur: “Necə ki, atəş odunu yeyər, həsəd də imanı yeyər”.

5. Xəyanət edən ticarətçilər. Ticarətdə hiylə işlətmək, fırıldaq - xəyanətin növlərindəndir.
6. Cahil kəndçilər. Belələrinin hər nə sualı olar, onu soruşmaz və araşdırmaz. Bu 6 sifət insanı məhv edər və İlahi əzaba düçar edər. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter