Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi?


İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) mövluduna və varlığına etiqad zəruridir. Şiəliyə görə İmamət dinin üsuludur, yer üzü heç vaxt höccətsiz (İmamsız) qala bilməz. Belə bir etiqadda olan insan həzrət Mehdinin (ə) mövluduna da inanır. Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 12 İmam var. Bu silsilə qiyamətədək davam edəcək. Bundan əlavə, hər bir İmam özündən sonrakı İmamı təsdiqləmişdir.
Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) İmamətini qəbul etmişdir. Digər bir tərəfdən, bilirik ki, İmam Mehdini (ə) tanımaq hamının vəzifəsidir. Ona beyət etmək zəruridir. Beləliklə, İmam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad vacibdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter