Bəs Aşura günü şeytan nədən peşman oldu?


Ayətullah Seyyid Mühəmmədtəqi Müdərrisinin atası nəql edir:
“61-ci Hicri ilinin Aşura gününün əsrində şeytanları gördülər ki, İblis onların ordusunun başında dayanıb üz və gözünə vurur. Sonra da ağlayır.
-Ona dedilər: “Bu gün sən gərək sevinəsən, bəs niyə pərişan və ağlarsan?”.
-İblis əleyhi lənətullah: “Böyük bir səhv etmişəm və insanları vadar etmişəm ki, Hüseyni (ə) öldürsünlər”.
-Dedilər: “Niyə? Məgər sən istəmirdin ki, zahirdə müsəlman olan bu insanlar cəhənnəmə getsin? Məgər cəhənnəmlik olmayıblar?”.
-İblis əleyhi lənətullah: “Niyə, olublar. Ancaq bu məsələdən qəflət etdim ki, bu işlə İlahi rəhmət qapısı insanların üzünə açılacaqdır. Və hər kəs öz yolu ilə onun şəfaətindən bəhrələnəcəkdir”\". abna.ir


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter