“İki şahidlik sahibi” (züş-şəhadəteyn) ləqəbi ilə tanınan səhabə kimdir?


Şəhadəti İslam şəriətində iki şahid dəyərində olan səhabə:

Xuzeymə ibn Sabit Ovsi. İki şahidlik məqamı sahib olan ləqəbini Peyğəmbərdən (s) qazanan bir şəxs idi. Peyğəmbər və İmam Əli (ə) səhabəsi olmuşdur. Siffeyn müharibəsində Əmmar Yasirin öldürülüməsindən sonra, şəhid olanlardan oldu.

Dini mənbələrdə yazılıb ki, Peyğəmbər bir bədəvi ərəbdən at almaq barədə sövdələşmişdi. Lakin münafiqlər həmin bədəvini yoldan çıxarıb, atı xeyli baha qiymətə sata biləcəyini söylədilər. Bədəvi ərəb Peyğəmbərlə mübahisəyə başlayıb, atı ona satdığını inkar etdi. Bu zaman Xüzeymə şahid kimi ifadə verib, həqiqətən, Peyğəmbərlə ərəbin arasında at alveri olduğunu təsdiqlədi. Peyğəmbər Xüzeymədən soruşdu: “Sövdələşmə zamanı bizim yanımızda olmadığın halda, niyə şahidlik etdin?” Xüzeymə cavab verdi: “Fikirləşdim ki, əgər sənin peyğəmbərlik iddiasında doğrucul olduğunu qəbul edirəmsə, bundan daha əhəmiyyətsiz olan at alverində də doğru dediyini qəbul etməliyəm. Ona görə sənin yalan danışmadığına şəhadət verdim”. Peyğəmbər Xüzeymənin hərəkətini alqışladı və onun ifadəsini iki nəfərin şahidliyinə bərabər qüvvədə saydı. Peyğəmbərdən sonra da Xüzeymənin ifadəsi iki şahidə bərabər tutulurdu. Təhur ensiklopediyası.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter