Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!


İmam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!
İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu qırx il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə çıxış və söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları hər an o Həzrəti addım addım izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam Səccad gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ondan nə üçün ağladığını soruşduqda Həzrət belə buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.

O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter