Həzrəti İsanın (ə) Kərbəlada İmam Hüseyn (ə) haqda bir şirlə danışması!


Həzrət İsa (ə) Kərbəlada İmam Hüseynin (ə) müsibətindən xəbərdar oldu və Həvariləri ilə birlikdə o həzrətə göz yaşı tökdü:

Bir gün Həzrət İsa (ə) həvariləri (şagirdləri) ilə birlikdə səhrada gəzintiyə çıxmışdılar. Yolları Kərbəlaya düşdü. Bir cinli şir gördülər ki, onların yolunun davam etməsinə mane olur. Həzrət İsa (ə) irəli gedib buyurdu: \"Ey Allahın heyvanı niyə bu yolda oturmusan və keçməyə qoymursan?!\" O şir aydın dillə dedi: \"Sizin üçün yolu açmaram o zamana kimi ki, siz Hüseynin (ə) qatili olan Yezidə lənət deyəsiniz!\"
Həzrət İsa (ə) buyurdu: \"Hüseyn kimdir?\" Şir dedi: \"O (Hüseyn) Məhəmmədin (s) qızının oğludur. O Muhəmməd ki oxumamış və yazmamış möcüzəli kitab gətirər, Hüseyn (ə) Əli (ə) Allah Vəlisinin oğludur.\"
İsa (ə) dedi: \"Onun qatili kimdir?\" dedi: \"Onun qatili aşura günlərində yırtıcıların, canavarların və bütün vəhşi heyvanların lənətinə gəlmiş bir şəxsdir.
Sonra Həzrət İsa (ə) əlini qaldırdı və Yezidə lənət və nifrin oxudu həvarilər isə amin dedilər. İsanın (ə) Yezidə lənətindən sonra şir İsa və onun şagirdlərinin yolunu açdı və onlar getdilər.

Mərhum Hairi Mazəndərani bu hadisənin haqqında əlavə edərək qeyd edir ki, İsa (ə) həvailərinə buyurdu: Ey Bəni İsrail Hüseynin (ə) qatilinə lənət deyin, əgər onu dərk etsəniz onun qoşununda cihad edin. Çünki onun qoşunun daxilində şəhid olmaq peyğəmbərlərin qoşununda şəhid olmaq həddində savablıdır.

Mənbələr:
-Məclisi, Məhəmməd Baqir, Bihar əl-Ənvar, cild: 44, səh: 244, hədis: 43,
-Hairi Mazəndarani, Məhəmməd Mehdi, Məalis-Sibteyn, kitabın tərcüməsi: Kuşaridən, cild, 1, səh: 176.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter