Övladların dini tərbiyəsi haqda İslam maarifinin baxışını yazın?


Övlad tərbiyəsinin kifayət qədər qaydaları var. Övlad bir qədər böyüdüyü zaman ona oruc tutmağı, namazı öyrətmək lazımdır. Övlada dəstəmaz almağı öyrətməliyik. Həzrət Əli (ə) buyurur ki, ailədəki kiçikləri dilinlə namaz və dəstəmaza çağır.
İmam Sadiq (ə) buyurur ki, övlada dəstəmaz almağı öyrətmək lazımdır. Bunun üçün yaş da göstərilir. 15-16 yaş arası şəriətin zahiri göstərişlərinə əməl edilməlidir. Övladın görkəmi, geyimi, danışıq üsulu, ətrafdakılarla rabitələri şəriət çərçivəsində olmalıdır. Zahirdə bu qaydalara əməl etmədən batini islah etmək mümkün deyil.
Aydınlıq yaransın deyə bəzi nöqtələrə işarə edək. Bizim bir zahirimiz və bir batinimiz var. Mərifət əhli bizi zahirimizin islahına çağırırsa nəzərdə tutulan zahiri görkəmin, geyimin, rəftarların islama uyğun olmasıdır. Bu o demək deyil ki, bir insan zahirdə namaz qılsın, pərdə arxasında günaha getsin. İnsan zahirini başqalarını aldatmaq yox, tərbiyələnmək məqsədi ilə islah etməlidir. İnsanları aldatmaq məqsədi ilə zahiri islah etməyin heç bir faydası yoxdur. Bir insan yalan danışanda ətrafdakılar onun yalan danışdığını hiss etməyə də bilər. Amma o özü bunu bilir. Belə bir vəziyyətlə batinin islahına keçmək olmaz. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter