Nəfsin tərbiyəsi mümkündürmü?


Vəhşi heyvana təlim vermək olursa, nə üçün ümidimizi itirək?!

Şəriət nəfsin cilovlanması üsullarını öyrədir. Əvvəlcə azğın nəfsin cilovlanmalıdır!

Həzrət Əli (ə) buyurur ki, azğın nəfsin cilovlanması fəzilətli ədəblərdəndir. Şəhvətin, qəzəbin qarşısının alınması tərbiyədə mühümdür. Tərbiyə prosesində bu ilk addımdır. Nəfs ağıldan uzaq və qeyri-şəri işə meyl etdikdə onun qarşısı alınmalıdır. Nəfs yaxşı işdən üz çevirir, pis işə meyil göstərir. Onda həm rəğbət, həm ikrah var.

Mərhum ustadlar buyurur ki, şəhvət və qəzəbin azadlığının məhdudlaşdırılması elə onları cilovlamaqdır. Bu azğın qüvvələrə cilov vurulmalıdır ki, insanı uçuruma aparmasın. İstəklərə hədd qoyulması peyğəmbərlərin işidir

İmam Rahil buyurur: “Peyğəmbərlərin məqsədi nəfsin tərbiyəsi, istəklərə hədd qoyulmasıdır.” Bəli, bütün peyğəmbərlər nəfsin tərbiyəsi üçün gəlib. Əsas məsələ sərhədlərin təyin olunmasıdır. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter