Həzrət İsanın (ə) nəfsin tərbiyəsi haqda hədisi


Uşaqlıq dövründən sonra nəfsin tərbiyəsi çox çətindir!
Uşaqlıq mühiti ailədə keçir. Ailə mühitində tərbiyə asan olur. Ailə mühitində tərbiyə olmayan uşaqda həvayi-nəfs, azğın nəfs qüvvələri güclənir, onun tərbiyəsi çətinləşir. Həzrət İsa (ə) buyurur ki, azğın nəfsə qalib gəlmək istəyən adamın işi bir şəhəri təkbaşına fəth etmək istəyən insanın işindən çətindir.
İş bir yerə çatır ki, bir heyvani istəyi cilovlamaq bir şəhəri fəth etməkdən çətin olur. Biz çalışmalıyıq ki, tərbiyə prosesinin ailə mühitinə aid olan hissəsini ən üstün şəkildə yerinə yetirək. Ailə mühitində olan uşağa hələ ki, nəfs qüvvələri qalib gəlməyib, onları tənzimləmək mümkündür. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter