Sağlamlığa zərərli ibadət vardırmı?


Həzrət Məsumənin (s.ə) zəvvarına düzgün yola göstərməsi:
Mərhum Heydər Ağa Tehrani ləyaqətli şair və təqva ilə zinətlənmiş zahid olub. Onun “Ləməate-eşq” adılı kitabı var. Həmin divanda Xanım Məsumə mərsiyə və rövzələr var. O Qumda olduğu zaman çilə (ibadətlə məşğuldu) saxlayırdı. Ağa Tehrani heyvani mərtəbələri tərk etməyə müvəffəq oldu. O boş vaxtlarını Əhli-beytdən (ə) nəql olunmuş zikr və virdlərlə keçirirdi.
Gecələrin birində Ağa Tehraninin “Feyziyyə” mədrəsəsi ilə “Darul-şifanın” arasında yerləşən hücrəsində qızdırması şiddətli qalxır, o müvazinətini itirir. Özünü ölüm halında hiss edən Ağa Xanım Məsuməyə (s.ə) təvəssül edir. Röya aləmində bir cam su alaq, içdikdən sonar sağalır. Yenə də çoxsaylı zikrlərə üz tutur. Gecələrin birində röya aləmində Xanım Məsumənin (s) müqəddəs görüşünə nail olur. Xanım Ağa Tehraniyə buyurur: “Əgər Allahın razılığını istəyirsənsə yalnız vaciblərə riayət et. Müstəhəblərdən əl çək.” Mərhum Ağa Tehrani buyurur: Bu səbəbdən illərdir mən vird və zikr deməyi tərk etmişəm və mənə vacib olanları həyata keçirirəm. Aman, aman! Müqəddəs şəriətin buyurduqlarını əldən çıxarmayın. Çünki belə virdlər və zikrlər qəlbin paklanması və ilahi eşq yolunda qəlbin səfası üçün müəyyən həddə faydalıdır. Yəni ki, cismə zərər dəyməsin və ruhu solğunlaşdırmasın. haqqyolu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter