Imam Sadiqin (ə) oğlu İmam Kazimə (ə) tapşırıqlarından...


İmam Sadiqin (ə) oğlu İmam Museyi Kazimə (ə) tapşırıqları:

1-Ey oğlum! Xalqı kiçik sayma ki, səni kiçik sayarlar. Sənə köməyi olmayan, səni alçaldan yerlərdən uzaq ol. Söz xeyrinə də olsa, zərərinə də olsa, haqdırsa onu de. Ey oğlum! Ziyarət edirsənsə ən üstün olanları ziyarət et, günahkarların görüşünə getmə, onlar sussuz çeşmə, yarpaqları cücərməyən ağac, bərəkətsiz torpaqdır.

2-İmam Sadiq (ə) cəmiyyətdə qardaşlığa böyük əhəmiyyət verir bu barədə tövsiyələrini bildirirdi:
- Kimdə üç xasiyyət olsa bu şəxsə münasibətdə dörd iş vacibdir. Ünsiyyətdə zülm etməsin, danışanda yalan danışmasın, vəd verəndə vədinə xilaf çıxmasın. Bu zaman xalqın öhdəsinədir ki, onun ədalətini aşkarlasın, müruvvətini kamala çatdırsın, onunla qardaşlıq etsin, onun qeybətinə yol verməsin...

-İmam Sadiq (ə) tövsiyə verir ki, xalqa əhəmiyyət verməsən xalq da sənə əhəmiyyət verməz; bir yerə getməyin sənə hörmət gətirməyəcəksə, səni alçaldacaq. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter