Kompyuter və sağlamlıq haqda professorlərin baxış və məsləhətləri nələrdir?


Kompyuter və sağlamlıq

-İşlədiyiniz kompyuterin monitoru, stol və kreslo standarta uyğun olsun;
-10 dəqiqədə bir dəfə gözlərinizi qırpın;
-20 dəqiqədə bir dəfə 6 metrlik məsafədə olan nöqtəyə gözlərinizi zilləyin;
- işıq başınız üzərində olsun və iş stolunu əhatə etsin;
-30 dəqiqədə bir dəfə ayağa qalxıb dartının və dərindən nəfəs alın...

Kompyuterdən yanlış və hədsiz istifadə insan orqanizmi üçün olduqca zərərlidir. Kompyuter arxasında fasiləsiz və qaydalara əməl etmədən vaxt keçirməyin axırı bədəndə quruma, göz ağrısı, əzələ ağrıları, qol ağrıları, boyun və bel ağrıları, baş ağrısıdır.
Kompyuter arxasında sutkada 2 saatdan artıq əyləşən adamlarda “kompyuter göz sindromu” yaranması ehtimalı böyükdür. Kanadalı professor Cenefer Eşton bu barədə yazır: “CVS deyilən sindrom kompyuter və başqa elektron cihazlardan hədsiz istifadədən yaranır. Bu sindromun əsas əlaməti göz yorğunluğu, ümumi yorğunluq və davamlı baş ağrılarıdır.” Doktor Eşton kompyuter və monitorlu cihazlardan, o cümlədən mobil telefondan çox istifadə edənlərə tövsiyə edir ki, tez-tez göslərini qırpsınlar. Hər 10 dəqiqədə bir dəfə göz qırpmaq gözlərin təbii reabilitasiyasıdır. Mütəxəssisin başqa bir tövsiyəsi budur ki, hər 20 dəqiqədə bir dəfə 6 metrlik məsafədə olan nöqtəyə gözləri zilləmək lazımdır. Bu vaxt gözlər istirahət edir.
Kompyuterdən istifadədə mühüm şərtlərdən biri iş yerinin düzgün işıqlandırılmasıdır. İşıq, istifadəçinin başı üzərindən yayılmalı və iş stolunu əhatə etməlidir. Bundan əlavə pəncərə və ya elektrik lampası manitorda əks olunmamalıdır.
Tövsiyələrdə bildirilir ki, monitor gözlərdən 15-20 dərəcə aşağı olmalıdır. Gözlə monitor arasındakı münasib fasilə 50-70 sm-dir.
İstifadəçi uzun müddət hərəkətsiz qalarsa qan dövranı pozular və əzələlərdə problem yaranar. Bu baxımdan münasib kreslo və stol çox faydalıdır. İşçi kreslo və stol standartlara cavab verməlidir. Kreslo fəqərə sütunlarına ağırlıq salmamalıdır.
Beləcə, iş stolunun arxasında düzgün əyləşin. Belinizi düzəldin, çiyinlərinizi arxaya verin. Tayp etdiyiniz zaman rahat oturun. Əl topuqlarınız biləklərinizdən azca aşağı olmalıdır. Bu, əl topuqlarında sindromun qarşısını alır. Arabir əllərinizi topuqdan dairəvi şəkildə hərəkət etdirin. Ayaqlarınızı dizdən qatlayın və diz buddan azca yuxarı olsun. Ayaqlarınızı yer ya ayaqaltlığı üzərində düz qoyun. Yarım saatda bir dəfə yerinizdən qalxın, dartının və bir qədər gəzişin. Orta yaşlı adamlarda sabit dayanma səbəbindən qan laxtalanması tez baş verir.
Heç vaxt monitora doğru əyilib belinizi bükməyin. Arabir dərindən nəfəs alın. İmkan daxilində bu işi açıq havada görün.
Stolunuz üzərində su olsun. Yarım saatdan bir su içməyə adət edin. Bu işi görsəniz gərginliyin nə qədər azaldığını hiss edəcəksiniz. Kreslonu elə tənzimləyin ki, beliniz 90 dərəcə qatlanmış vəziyyətdə qalsın.
Monitorun ilk mənfi təsiri gözlərədir. Ona görə də uzun müddət gözlərinizi monitora zilləməyin, arabir gözlərinizi qapayın.
Kompyuter insanda hansı problemləri yaradır? Hazırda uzun müddət kompyuter arxasında oturmaqdan çoxları şikayətlənir. Xüsusilə bank işçiləri fasiləsiz olaraq monitora baxmağa məcburdur. Boyun və bel ağrıları, əzələ ağrıları ən çox yayılmış ağrılardır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, boyun və bel ağrılarını azaltmaq üçün tövsiyələrə əməl edilməzsə bu ağrılar xəstəliyə çevrilə bilər. ABŞ-da Emory Universitetinin mütəxəssisi Frederik Qor bildirir ki, ildə kompyuterdən daimi istifadə edənlərin yarısı boyun-bel ağrılarına düçar olur. Universitet həftədə 15 saat ya daha artıq kompyuterdə işləyənlər üzərində araşdırma aparıb. Aydın olub ki, hər üç nəfərdən birində boyun-bel ağrıları yaranır. Ümumiyyətlə, daimi işçilərin 40 faizi əzələ ağrılarından şikayətlənir. Həftədə 20 saat tayp edənlərin ağrıları başqalarından iki qat artıq olur.
Boyun və bel ağrılarına qarşı ən faydalı hərəkət dartınmaqdır. Hər 20-30 dəqiqədə bir dəfə azı 30 saniyə bütün bədəninizi boş buraxın, heç bir bədən üzvünüzə ağırlıq düşməsin.

* * *
Məşhur bir məsəl var: Biz əvvəlcə pul qazanmaq üçün sağlamlığımızı xərcləyirik, sonra sağlamlığımızı qaytarmaq üçün pul xərcləyirik. Bu bir ticarətdir. Sağlamlığı itirməklə qazandığımız pul onu geri qaytarmağa çatacaqmı? Bu barədə vaxtında qərar çıxarmaq lazımdır. Az pulla rahat yatmaq olur, amma ağrının azı da yuxuya haram qatır. Sağlamlığımızı pula, dünya malına satmayaq! \"haqqyolu.com\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter