Orucun vacib olma şərtləri nələrdir?


Orucun vacib olma şərtləri səkkizdir:
1-Həddi büluğa çatmaq, - yəni uşağa oruc vacib deyil
2-Aqil olmaq -yəni dəliyə oruc vacib deyil.

3-Oruc tutmağa qadir olmaq, -xəstə olana oruc vacib deyil misal üçün mədə yarası olan və ya şəkər xəstəsi olana oruc tutmaq vacib deyil, hətta qadağandır.
4-Ayıqlıqda olmaq, -yəni huşsuz olan şəxsi qidalandırmamaq düzgün deyil.

5-Müsafir olmamaq, (yəni öz vətənindən 8 fərsəx - get-gəli 45 kilmetrdən çox olan şəxsə oruc tutmaq qadağandır. Bu haqda təfərrüatlı hökmləri əldə etmək üçün təqlid etdiyiniz müctehidlərin risalələriə müraciə edə bilərsiniz.

6-Qadının heyz və nifas halında olmaması, - yəni qadınlara aid üç növ qüsl var istihazə, nifas və heyz, istihazə halında olan qadına oruc tutmağa icazə verilir. Amma heyz və nifaslı qadına oruc tutmaq haramdır.

7-Orucun zərəri olmasın. Yəni əgər bir şəxs həkimin deməsi və ya özünün yəqin etməsi ilə ki bilə oruc tutması onun üçün zərərlidir bu halda oruc tutmasına icazə verilmir.

8-Oruc insanı məşəqqətə salmasın. Yəni bir nəfər əgər oruc tutan halda görə vəziyyəti o həddə pisdir ki davam etsə bədəninə ziyan yetirər onda açmasına icazə verilir.
mənbə: Xamenei həzrətlərinin birinci cild istiftaatından.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter