Ramazan ayının gəlişi münasibəti ilə İmam Rizanın (ə) hədisi!


Ramazan ayının gəlişi münasibəti ilə İmam Riza (ə) buyurdu:
\"Ramazan ayında yaxşı əməllər qəbul olunar, onda günahlar bağışlanmışdır,

-Hər kim ramazan ayında Allahın kitabından (Quran) bir ayə oxuyarsa, bu aydan başqa aylarda bir Quran xətmini etmiş şəxsin savabını qazanmış olar.
-Hər kim bu ayda mömin qardaşının üzünə gülərsə (yəni xoş rəftar olsa) qiyamətdə Allah onu xoş qarşılayar və məhşər gününün çətinliklərindən xilas edər və behiştdə düşməsinin xəbərini verər.

-Hər kim bu ayda mömin qardaşına kömək edərsə Allah-Taala qiyamətdə sirat körpüsündən keçəndə ayaqların titrədiyi zamanda ona kömək göstərər.
-Hər kim bu ayda əsəbini cilovlasa, Allah-Taala da ona qarşı qiyamətdə qəzəbini söndürər.

-Hər kim bu ayda məzluma kömək edərsə Allah Taala bu dünyada ona fitnə quranlara qarşı kömək edər, eləcə də Qiyamətdə əməl dəftəri və hesab-kitab zamanı ona köməkçi olar.

=Ramazan ayı Bərəkət, rəhmət, bağışlanma, tövbə və qayıdış ayıdır. Hər kim bu ayda bağışlanmasa, hansı ayda bağışlanacaqdır?!
Bəs Allahdan diləyin ki, bu ayda orucunuzu qəbul etsin, bu ramazanı axrıncı ramazan etməsin, və sizlərə kömək etsin ki, onun bəndəliyində (xüsusən də haramlarından uzaq durmağı) olmağı nəsib etsin və onun sözündən çıxmamağa yardım etsin. O ən yaxşı istək söykənəcəyidir. Tebyan.net.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter